Tərlan Əhmədov: “Neftçi” ilk dəqiqələrdən rəqibə təzyiq göstərdi”

Tərlan Əhmədov: “Neftçi” ilk dəqiqələrdən rəqibə təzyiq göstərdi” “Qısa müddətdə hakim dəvət edəcəm ki, yeni qaydaları izah etsin”
Futbol
29 Sentyabr , 2017 18:51
Tərlan Əhmədov: “Neftçi” ilk dəqiqələrdən rəqibə təzyiq göstərdi”
Report/ Orkhan Azim

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Komandanın sonuncu dəfə 6 ay əvvəl qələbə qazandığını eşitmişəm". 

“Report”un məlumatına görə, bunu baş məşqçi Tərlan Əhmədov "Neftçi"nin səfərdə "İnter"ə 2:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Premyer Liqasının VII tur matçından sonra deyib.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, qısa müddətdə müdafiədəki problemləri yoluna qoymağa çalışıblar: "Uzun marafonda uğur qazanmaq istəyirsənsə, müdafiə güclü olmalıdır. Futbolçularıma təşəkkür edirəm. Komanda ilk dəqiqələrdən rəqibə təzyiq göstərdi, onlara öz oyunlarını oynamağa imkan vermədilər”.

- Emin Mahmudovun çıxışı sizi qane etdimi?

- Bütün oyunçular məni qane etdi. Emin uzun müddətdir oynamadığından hələ tam uyğunlaşmayıb. Onun uyğunlaşma prosesi ləng gedir. Bu baxımdan fasilə ona kömək edəcək.

- Son dəqiqələrdə Kiril Petrovun səhvi sərbəst zərbə ilə nəticələndi. Futbolçu qaydaları bilmir?

- Əvvəlki dövr olsaydı, demək olardı. Artıq yeni qaydalar var. Hər mövsümün əvvəlində AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu dəvət edirdim ki, yeni qaydaları uşaqlara izah etsin. Yeni qaydada var ki, futbolçu topu başına qaldırıb qapıçıya ötürə bilməz. Bəlkə futbolçumuz bunu bilmir. Qısa müddətdə hakim dəvət edəcəm ki, yeni qaydaları izah etsin.

- Çingiz Abdullayev və Orxan Hüseynzadə oyunu izlədilər. Komandanı təbrik etdilər?

- Orxan müəllim və vitse-prezidentimiz gəlib təbrik etdilər. Başqa heç kimi görmədim.

Son xəbərlər

Orphus sistemi