"Neftçi" ilə matçı buraxan "Qarabağ" futbolçularının durumuna aydınlıq gəlib

"Neftçi" ilə matçı buraxan "Qarabağ" futbolçularının durumuna aydınlıq gəlib "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XV tur oyununda iştirak etməyən "Qarabağ"ın futbolçularının son durumu açıqlanıb
Futbol
8 Fevral , 2022 09:52
Neftçi ilə matçı buraxan Qarabağ futbolçularının durumuna aydınlıq gəlib

"Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının XV tur oyununda iştirak etməyən "Qarabağ"ın futbolçularının son durumu açıqlanıb.

Klubdan "Report"a verilən məlumata görə, koronavirusa yoluxan Qara Qarayev, mikrozədəsi olan kapitan Maksim Medvedev və özünü narahat hiss etdiyi üçün meydana çıxmayan İbrahima Vadji qarşıdakı matçlarda komandaya kömək edə biləcək.

Hər üç oyunçu fevralın 11-də "Keşlə" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşünə hazır olacaq.

"Qarabağ"la qarşılaşmada zədələndiyi üçün əvəzlənən "Neftçi"nin futbolçusu Huqo Bastonun da durumu ciddi deyil.

Qeyd edək ki, "Qarabağ" rəqibini 2:1 hesabı ilə üstələyib. Ağdam təmsilçisi ölkə kubokunun ilk matçında "Keşlə"ni minimal hesabla yenib - 1:0.

Son xəbərlər

Orphus sistemi