"Neftçi" ilə müqavilə bağlayan futbolçu 28 nömrəli forma ilə çıxış edəcək

"Neftçi" ilə müqavilə bağlayan futbolçu 28 nömrəli forma ilə çıxış edəcək Kiyev "Dinamo"sunun yetirməsi ilə 1,5 il müddətinə anlaşma əldə olunub
Futbol
5 Yanvar , 2017 21:43
Neftçi ilə müqavilə bağlayan futbolçu 28 nömrəli forma ilə çıxış edəcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində hazırlığını davam etdirən “Neftçi” komandası daha bir futbolçu ilə güclənib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı müdafiəçi Kirill Petrovla 1,5 illik müqavilə imzalanıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan 26 yaşlı oyunçu sonradan “Krivbas” və “Arsenal” (Hər ikisi Ukrayna) klublarının formasını geyinib. Polşa “Korona”sında da legioner həyatı yaşamış Petrov Qazaxıstanın “Ordabaşı” klubunda çıxış edib. Futbolçunun sonuncu klubu isə Donetsk “Olimpik”i olub. Ukrayna U-19 və U-21 yığma komandalarının da formasını geyinmiş Petrov “Neftçi”də 28 nömrəli formanı geyinəcək.

Son xəbərlər

Orphus sistemi