"Neftçi" Hondanın formalarını satışa çıxardı

"Neftçi" Hondanın formalarını satışa çıxardı Hondanın formasını əldə edən azarkeşlər martın sonlarında keçiriləcək müsabiqədə iştirak hüququ qazanacaqlar. Müsabiqədə qalib gələn 10 azarkeş “Neftçi”nin növbəti məşqlərindən birini canlı izləyə biləcək
Futbol
19 Mart , 2021 14:24
Neftçi Hondanın formalarını satışa çıxardı
Keysuke Honda

"Neftçi" klubu yeni transferi Keysuke Hondanın formalarını məhdud sayda satışa çıxarıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu addım azarkeşlərin çoxsaylı istəkləri qarşılığında atılıb.

Formaları bu gün klubun “Bakcell Arena”dakı fanşopundan əldə etmək olar.

Hondanın formasını əldə edən azarkeşlər martın sonlarında keçiriləcək müsabiqədə iştirak hüququ qazanacaqlar. Müsabiqədə qalib gələn 10 azarkeş “Neftçi”nin növbəti məşqlərindən birini canlı izləyə biləcək.

Qeyd edək ki, fanşop həftəiçi 10:00-dan 18:00-dək işləyir. Həftəsonları və bayram günləri işləmədiyi (oyun günləri istisnadır) üçün +994 55 759 69 96 nömrəsi ilə əlaqə saxlayıb, forma əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi