“Neftçi” futbol klubunda struktur dəyişikliyi edilib

“Neftçi” futbol klubunda struktur dəyişikliyi edilib Orxan Hüseynzadə prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub
Futbol
6 İyul , 2017 21:14
“Neftçi” futbol klubunda struktur dəyişikliyi edilib

Bakı. 6 iyul. REPORT.AZ/ "Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təsisçinin qərarı ilə "icraçı direktor” vəzifəsi ləğv edilib, "prezident” və "vitse-prezident” vəzifələri təsis edilib.

"Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

Müşahidə Şurası əvvəlki tərkibdə "Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi