"Neftçi" fransalı müdafiəçi ilə maraqlanır

"Neftçi" fransalı müdafiəçi ilə maraqlanır "Neftçi" Bolqarıstanın "Beroe" klubunda çıxış edən fransalı futbolçu Teddi Mezage ilə maraqlanır.
Futbol
461
7 İyun , 2021 09:01
Neftçi fransalı müdafiəçi ilə maraqlanır

"Neftçi" Bolqarıstanın "Beroe" klubunda çıxış edən fransalı futbolçu Teddi Mezage ilə maraqlanır.

"Report" xəbər verir ki, bu barədə "topsport.bg" saytı məlumat yayıb.

Bildirilib ki, 31 yaşlı müdafiəçinin xidmətində "ağ-qaralar"la yanaşı, Xorvatiyanın "Hayduk" və Fransanın bəzi II liqa klubları da maraqlıdır.

Qeyd edək ki, Teddi Mezage ölkəsində "Monpelye", Belçikada "Muskron", İngiltərədə "Leyton Orient", Rumıniyada "Dinamo" (Buxarest) və İsraildə "Hapoel" (Raanana) komandalarının da formasını geyinib.

Son xəbərlər

Orphus sistemi