"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu heyətinə qatır

"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu heyətinə qatır Neftçi klubu Braziliyanın B Seriyasında çıxış edən Quarani komandasının futbolçusu Tallison Auqustonu heyətinə qatır.
Futbol
2 İyun , 2020 08:40
Neftçi Flamenqonun sabiq futbolçusunu heyətinə qatır

"Neftçi" klubu Braziliyanın B Seriyasında çıxış edən "Quarani" komandasının futbolçusu Tallison Auqustonu heyətinə qatır. 

"Report" "Terra" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq. 

O, ötən gün komanda ilə yollarını ayıran  haitili Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib. O, Tallisona təklif olunan məbləğin hazırkı komandasındakı qazancından çox olduğunu söyləyib.

Qeyd edək ki, Tallison Auqusto ölkəsində "Flamenqo" və "Vitoriya" kimi klubların formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi