Bakı. 19 iyun.
Anlaşmanın müddəti və maddi tərəfləri açıqlanmır. Bu komandanın baş məşqçisi "Bakı"nın sabiq hücumçusu Daniel İonel Opritsadır.
Qeyd edək ki, Katalin Tira ötən mövsümün əvvəlində "Neftçi"yə transfer olunub. Tira 2016-cı il oktyabrın 25-də "Qarabağ"la oyun zamanı meydana girən azarkeşə hücum edərək, onu vurub. Nəticədə AFFA İntizam Komitəsi gənc hücumçunu 5 oyunluq cəzalandırıb, klubu isə cəzanın bitməsini gözləmədən futbolçunu qovub. Rumıniyalı legioner ötən mövsümün ikinci yarısını Rumıniyanın "Dunarya Kalaraşi" komandasında keçirib. Buxarest "Yuventus"u isə aşağı liqada çempion olaraq, 2017-2018 mövsümündən yüksək liqada iştirak hüququna yiyələnib.