"Neftçi"dən ayrılan legioner azərbaycanlı futbolçu ilə komanda yoldaşı olub

"Neftçi"dən ayrılan legioner azərbaycanlı futbolçu ilə komanda yoldaşı olub "Neftçi" ilə yollarını ayıran argentinalı futbolçu Xorxe Korrenın yeni klubu bəlli olub.
Futbol
23 Yanvar , 2022 11:29
Neftçidən ayrılan legioner azərbaycanlı futbolçu ilə komanda yoldaşı olub

"Neftçi" ilə yollarını ayıran argentinalı futbolçu Xorxe Korrenın yeni klubu bəlli olub.

"Report" xəbər verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçi Yunanıstanın "Olimpiakos Volos" komandasına keçib.

Təcrübəli vinger tibbi müayinədən sonra II liqa təmsilçisi ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları açıqlanmayıb.

Xorxe Korrea ötən ilin sentyabrında "Neftçi"yə transfer olmuşdu.

Qeyd edək ki, "Olimpiakos Volos" 2 gün öncə "Səbail"dən cinah müdafiəçisi Turan Manafovu cari mövsümün sonunadək icarəyə götürüb.

Son xəbərlər

Orphus sistemi