"Neftçi"dən ayrılan futbolçunun yeni klubu açıqlandı

"Neftçi"dən ayrılan futbolçunun yeni klubu açıqlandı "Neftçi" klubu ilə yollarını ayıran Dario Frederikonun yeni komandasımüəyyənləşib.
Futbol
436
24 İyul , 2020 09:00
Neftçidən ayrılan futbolçunun yeni klubu açıqlandı

"Neftçi" klubu ilə yollarını ayıran Dario Frederikonun yeni komandası müəyyənləşib. 

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu Latviyanın "Riqa" klubu ilə müqavilə imzalayıb. 

Klub rəsmi saytı vasitəsi ilə braziliyalı forvardın keçidini açıqlayıb, lakin onunla imzalanan sözləşmənin detalları göstərilməyib. 

Qeyd edək ki, Dario Frederiko Azərbaycanda "Kəpəz"in də formasını geyinib. O, "Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.

Son xəbərlər

Orphus sistemi