"Neftçi"dən ayrılan futbolçudan Azərbaycana dəstək

"Neftçi"dən ayrılan futbolçudan Azərbaycana dəstək "Bütün düşüncələrim və dualarım Azərbaycan və şəhid ailələri ilə birlikdədir"
Futbol
16 İyul , 2020 19:18
Neftçidən ayrılan futbolçudan Azərbaycana dəstək

2019/2020 mövsümünün sonunda "Neftçi"dən ayrılan futbolçu Soni Mustivar son günlər Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələrə biganə qalmayıb.

"Report"un məlumatına görə, haitili yarımmüdafiəçi şəxsi "Instagram" hesabı vasitəsilə ölkəmizə dəstəyini nümayiş etdirib.

"Bütün düşüncələrim və dualarım Azərbaycan və şəhid ailələri ilə birlikdədir", - 30 yaşlı oyunçu yazıb.

Qeyd edək ki, Soni Mustivar "Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi