"Neftçi" daha bir legionerlə əməkdaşlığa son qoydu

"Neftçi" daha bir legionerlə əməkdaşlığa son qoydu Neftçi müqavilə müddəti başa çatan daha bir futbolçusu ilə yollarını ayırıb.
Futbol
247
19 İyun , 2020 18:01
Neftçi daha bir legionerlə əməkdaşlığa son qoydu

"Neftçi" müqavilə müddəti başa çatan daha bir futbolçusu ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, yunanıstanlı yarımmüdafiəçi Vangelis Platellasla əməkdaşlığa son qoyulub.

32 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb.

"Ağ-qaralar" daha əvvəl Tural Axundov, Soni Mustivar və Donald Gerye ilə vidalaşıb.

Qeyd edək ki, Vangelis Platellas "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 31 oyunda meydana çıxıb, 3 qol vurub.

Son xəbərlər

Orphus sistemi