"Neftçi" bu gün Türkiyə klubu ilə qarşılaşacaq

"Neftçi" bu gün Türkiyə klubu ilə qarşılaşacaq Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirəcək.
Futbol
6 İyul , 2022 09:09
Neftçi bu gün Türkiyə klubu ilə qarşılaşacaq

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirəcək.

"Report"un məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gələcək.

"The Sign Esentepe Hotel & Ski Cente"in stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 16:45-də start götürəcək.

Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi