"Neftçi" braziliyalı müdafiəçi ilə vidalaşacaq

"Neftçi" braziliyalı müdafiəçi ilə vidalaşacaq "Ondan uzaqlaşmaq lazımdır"
Futbol
130
15 Aprel , 2021 16:30
Neftçi braziliyalı müdafiəçi ilə vidalaşacaq
Rener Alves

"Neftçi" cari mövsümün sonunda futbolçusu Rener Alveslə yollarını ayıracaq.

"Report"un məlumatına görə, bu barədə "Neftçi"nin baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib.

43 yaşlı mütəxəssis bildirib ki, braziliyalı futbolçuya şans vermək yox, ondan uzaqlaşmaq lazımdır: "Çünki bizə xeyir verə biləcək səviyyədə deyil. Əvəzedici heyətdə olan uşaqlar ondan daha effektlidir. Alvesdə hansısa keyfiyyətləri görmürüksə, onu meydana buraxıb kiməsə göstərmək fikrində deyilik".

Qeyd edək ki, Rener Alves "Neftçi"yə ötən yay keçib.

Son xəbərlər

Orphus sistemi