"Neftçi" bolqarıstanlı müdafiəçini sınayır

"Neftçi" bolqarıstanlı müdafiəçini sınayır Borislav Stoyçevin sonuncu klubu "Levski" olub
Futbol
28 İyul , 2015 16:59
Neftçi bolqarıstanlı müdafiəçini sınayır

Bakı. 28 iyul. REPORT.AZ/ Təlim-məşq toplanışını Türkiyənin Afyon şəhərində davam etdirən “Neftçi” komandası daha bir futbolçunu baxışa çağırıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, bolqarıstanlı müdafiəçi Borislav Stoyçevdir. 

Məşqçilər korpusu bir neçə gün sınadıqdan sonra onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar verəcək.

Qeyd edək ki, Borislav Stoyçev vətənində "Vidima-Ralovski", "Çernomorets Burqas", "Nafteks Burqas", "Sliven 2000", "Lyubimets 2007", "Minyor Pernik" və "Beroe Stara Zaqora" klublarında çıxış edib. 28 yaşlı futbolçunun sonuncu klubu "Levski" olub. 

Son xəbərlər

Orphus sistemi