"Neftçi” - "Bney Yehuda” matçının təyinatları açıqlanıb

"Neftçi” - "Bney Yehuda” matçının təyinatları açıqlanıb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək Neftçi” – Bney Yehuda” matçının təyinatları açıqlanıb.
Futbol
2 Avqust , 2019 16:26
Neftçi” - Bney Yehuda” matçının təyinatları açıqlanıb

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Bney Yehuda” matçının təyinatları açıqlanıb.

"Report" xəbər verir ki, oyun Fransadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək. UEFA nümayəndəsi İonel Piskanu (Rumıniya), hakim-inspektor isə Kyell Alset (Norveç) olacaq.

Xatırladaq ki, avqustun 8-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq. Cavab görüşü bir həftə sonra İsraildə baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi