"Neftçi" bir futbolçusu ilə müqaviləni pozub

"Neftçi" bir futbolçusu ilə müqaviləni pozub “Neftçi” klubu futbolçusu Fəhmin Muradbəyli ilə yollarını ayırıb.
Futbol
17 iyul 2022 15:33
Neftçi bir futbolçusu ilə müqaviləni pozub

“Neftçi” klubu futbolçusu Fəhmin Muradbəyli ilə yollarını ayırıb.

"Report" "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə birtərəfli qaydada xitam verib.

Ona təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013 - 2018, 2020 - 2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib.

Son xəbərlər

Orphus sistemi