"Neftçi" Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb

"Neftçi" Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Futbol
26 İyul , 2019 08:30
Neftçi Azərbaycanın aktivinə növbəti reytinq xallarını yazdırıb

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

"Report"un məlumatına görə, aktivindəki xalları 16,625-ə çatdıran Azərbaycan 26-cı pillədə möhkəmlənib. Son 5 ilin xallarından 1,250-si bu mövsümə təsadüf edib. Bunların 0,750-si ardıcıl 3 oyundur qələbə qazanan "Neftçi"nin payına düşür. Qalan 0,500 xal isə "Qarabağ"a məxsusdur.

Hazırda Azərbaycan 25-ci pillədəki Qazaxıstandan cəmi 1,000 xal geri qalır. Hər iki ölkənin avrokuboklardakı 4 təmsilçisindən 3-ü mübarizəni davam etdirir.

Qeyd edək ki, bu həftə "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk görüşündə "Dandolk"la İrlandiyada heç-heçə edib - 1:1. "Neftçi" isə Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında Rusiya "Arsenal"ını Tulada məğlubiyyətə uğradıb - 1:0.

Son xəbərlər

Orphus sistemi