"Neftçi" Avstriyaya yola düşüb

"Neftçi" Avstriyaya yola düşüb "Neftçi" "Rapid" (Vyana) komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Avstriyaya yollanıb.
Futbol
10 Avqust , 2022 09:10
Neftçi Avstriyaya yola düşüb

"Neftçi" "Rapid" (Vyana) komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Avstriyaya yollanıb.

"Report"un məlumatına görə, "ağ-qaralar"ı paytaxt Vyanaya aparan təyyarə saat 09:10-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Yeni transfer Vato Arveladze də komanda ilə birlikdə səfərə yollanıb. 24 yaşlı gürcüstanlı oyunçu "Rapid"lə qarşılaşmalara sifariş olunmadığı üçün meydana çıxa bilməyəcək. Klub prezidenti Kamran Quliyev Türkiyədə olduğu üçün oradan özü ayrıca Vyanaya gedərək komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, avqustun 11-də keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk oyunda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi