"Neftçi" Avropa Liqasında mübarizəyə başlayır

"Neftçi" Avropa Liqasında mübarizəyə başlayır Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
Futbol
27 Avqust , 2020 07:30
Neftçi Avropa Liqasında mübarizəyə başlayır

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün gümüş mükafatçısı "Neftçi" də mübarizəyə qoşulacaq.

"Ağ-qaralar" avrokubok macərasına Şimali Makedoniya "Şkupi"si ilə matçla start verəcək. "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Qalib gələn komanda II təsnifat mərhələsinə vəsiqə əldə edəcək.

Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust

20:00. "Neftçi" (Azərbaycan) – "Şkupi" (Şimali Makedoniya)
Hakimlər:
Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya)

Bakı, "Bakcell Arena"

Qeyd edək ki, bu gün "Neftçi" ilə yanaşı, "Keşlə"və "Sumqayıt" klubları da avrokuboklarda mübarizəyə start verəcək.

Son xəbərlər

Orphus sistemi