​"Neftçi" avrokuboklardan gələn pula avtobus alıb

​"Neftçi" avrokuboklardan gələn pula avtobus alıb "Həmin avtobusu aşağı yaş qruplarına təqdim edəcəyik"
Futbol
13 Dekabr , 2014 18:37
​Neftçi avrokuboklardan gələn pula avtobus alıb
Bakı. 11 dekabr. REPORT.AZ/ Avropa Liqasında çıxışı qarşısında "Neftçi"yə UEFA tərəfindən verilmiş mükafata avtobus alınıb. Bu barədə "Report"a klubun vitse-prezidenti Elnur Məmmədov məlumat verib.

Onun sözlərinə görə, həmin avtobus aşağı yaş qrupları üzrə komandaların ixtiyarına veriləcək: "Bu yaxınlarda avrokuboklara görə pul gəlmişdi. Klub prezidenti Sadıq Sadıqovun göstərişi ilə bu pullarla yeni avtobus alındı. Həmin avtobusu aşağı yaş qruplarına təqdim edəcəyik. Bu bir daha onu göstərir ki, əsas komandanın çıxışından əldə olunan gəliri uşaq futboluna yönəldirik ki, gələcəkdə yaxşı komanda olsun".

Qeyd edək ki, 2014/15 mövsümündə "Neftçi" Avroliqanın pley-off mərhələsində iştirakına görə 420 min avro mükafat alıb.

Son xəbərlər

Orphus sistemi