"Neftçi"nin qış təlim-məşq toplanışına başlayacağı tarix bəlli olub

"Neftçi"nin qış təlim-məşq toplanışına başlayacağı tarix bəlli olub Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Kubokunda “Sumqayıt”la 1/4 final mərhələsinin cavab oyunundan sonra istirahətə buraxılan “Neftçi”nin qış fasiləsində təlim-məşq toplanışı üçün bir araya gələcəyi tarix müəyyənləşib.
Futbol
21 Dekabr , 2018 15:05
Neftçinin qış təlim-məşq toplanışına başlayacağı tarix bəlli olub

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Kubokunda “Sumqayıt”la 1/4 final mərhələsinin cavab oyunundan sonra istirahətə buraxılan “Neftçi”nin qış fasiləsində təlim-məşq toplanışı üçün bir araya gələcəyi tarix müəyyənləşib.

“Report” klubun saytına istinadən xəbər verir ki, yanvarın 6-da Bakıda toplaşacaq komanda 13-də Türkiyənin Antalya bölgəsinə yollanacaq. “Ağ-qaralar” ayın 18-də qonşu ölkədə Rumıniyanın “Qaz Metan”, 23-də isə Çexiyanın “Slovan” kollektivləri ilə yoxlama oyunu keçirəcək.

Ayın 26-dakı rəqibin adına aydınlıq gələndən sonra bu barədə məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 27-dək Türkiyənin Antalya şəhərində olacaq “Neftçi” Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq.

Son xəbərlər

Orphus sistemi