"Neftçi" Antalya toplanışına əzmkar heç-heçə ilə başlayıb

"Neftçi" Antalya toplanışına əzmkar heç-heçə ilə başlayıb Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" komandası ilk yoxlama oyununu keçirib.
Futbol
14 Yanvar , 2022 18:51
Neftçi Antalya toplanışına əzmkar heç-heçə ilə başlayıb

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" komandası ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, rəqib Macarıstan "Kişvarda"sı olub.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Matçda ilk 2 qolu "Kişvarda" vurub. 42-ci dəqiqədə Emin Mahmudov, 71-ci dəqiqədə isə Ramin Nəsirli fərqlənərək, "ağ-qaralar"ı məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, "Neftçi" növbəti görüşünü yanvarın 19-da Polşanın “Visla” (Plotsk) komandasına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi