"Neftçi" 544 gün sonra "Qarabağ"ın seriyasını qırdı

"Neftçi" 544 gün sonra "Qarabağ"ın seriyasını qırdı Bu, çempionatın sonuncu – XXVIII turuna təsadüf edib
Futbol
20 May , 2021 16:55
Neftçi 544 gün sonra Qarabağın seriyasını qırdı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2020/2021 mövsümündə ilk səfər məğlubiyyətini alıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, çempionatın sonuncu – XXVIII turuna təsadüf edib.

“Neftçi” ilə qarşılaşmada 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi cari mövsüm rəqib meydanında uduzmayıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda sonuncu dəfə 2019-cu il noyabrın 22-də “Sumqayıt”la səfər matçında məğlubiyyətlə üzləşib.

544 gün öncə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Son 17 səfər görüşündə uduzmayan “Qarabağ” bu müddətdə 9 qələbə qazanıb və 8 heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi