"Neftçi" 5 məşqçi ilə vidalaşdı - RƏSMİ

"Neftçi" 5 məşqçi ilə vidalaşdı - RƏSMİ Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Futbol
9 İyun , 2020 16:38
Neftçi 5 məşqçi ilə vidalaşdı - RƏSMİ

"Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək onlarla əməkdaşlığa son qoyulub. 

Paytaxt təmsilçisi mütəxəssislərə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi