"Neftçi" "Bazel"in hücumçusuna təklif göndərib

"Neftçi" "Bazel"in hücumçusuna təklif göndərib "Qış fasiləsində hücumçu axtarışı çox çətindir. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər".
Futbol
18 Yanvar , 2021 20:21
Neftçi Bazelin hücumçusuna təklif göndərib

"Qış fasiləsində hücumçu axtarışı çox çətindir. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.

43 yaşlı mütəxəssis bildirib ki, onların hər üçü əcnəbidir: "Biri Macarıstanda oynayan gürcü futbolçudur. Dedi ki, çempionatınızı izləyirəm, amma gəlmək istəmirəm. Digəri İsveçrənin "Bazel" klubunun üzvüdür. Gənc olduğu üçün çox vaxt icarədə olur. Oyunçuda perspektiv gördükləri üçün Azərbaycana göndərmək istəmədilər. Üçüncü hücumçu isə Ekvadorda çıxış edir, uruqvaylıdır. Klubu çox pul istədiyi üçün keçid baş tutmadı".

S.Abasov axtarışların davam etdiyini və daha bir forvardla danışıqlar apardıqlarını söyləyib.

Qeyd edək ki, "Neftçi" hazırda 24 xalla turnir cədvəlinə başçılıq edir.

Son xəbərlər

Orphus sistemi