Şuşada idman tədbirlərinin təşkili planlaşdırılır

Şuşada idman tədbirlərinin təşkili planlaşdırılır "Şuşaya getdim və oranı görəndə heyrətləndim. Bizim qəhrəman oğullarımız var ki, maşınların çətinliklə qalxdığı yerlərə döyüşərək çıxıblar. Qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad ediblər"
Futbol
16 İyun , 2021 15:23
Şuşada idman tədbirlərinin təşkili planlaşdırılır
İsmayıl İsmayılov

"Şuşaya getdim və oranı görəndə heyrətləndim. Bizim qəhrəman oğullarımız var ki, maşınların çətinliklə qalxdığı yerlərə döyüşərək çıxıblar, qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad ediblər".

Bu fikirləri "Report"a açıqlamasında Şuşada səfərdə olmuş Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın möhtəşəm ordusu formalaşıb.

İsmayılov gələcəkdə Şuşada idman tədbirləri təşkil etməyi planlaşdırdıqlarını sözlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi