​Nazim Süleymanov milli komandaya baş məşqçi təyin olunacaq

​Nazim Süleymanov milli komandaya baş məşqçi təyin olunacaq Azərbaycanın əfsanəvi futbolçusunun yeni iş yeri müəyyənləşib
Futbol
7 Aprel , 2015 15:44
​Nazim Süleymanov milli komandaya baş məşqçi təyin olunacaq

Bakı. 7 aprel. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi postuna əsas namizəd müəyyənləşib. Bu barədə "Report"a AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov açıqlama verib. 

V.Sadıqov həmin şəxsin Nazim Süleymanov olduğunu bildirib. Onun sözlərinə görə, N.Süleymanovla bağlı məsələ aprelin 9-da AFFA-nın baş katibi Elxan Məmmədovla görüş zamanı həllini tapa bilər. İstənilən halda əfsanəvi futbolçunun işsiz qalmayacağını deyən komitə sədri yeni yaradılacaq U-18 və U-20 yığmalarında da belə bir təyinatın mümkünlüyünü dilə gətirib.  

Qeyd edək ki, daha bir baş məşqçi Təbriz Həsənov bu gün U-16 millisindən istefa verərək U-17-də eyni posta təyin olunub.

Son xəbərlər

Orphus sistemi