Dmitri Nazarovun komandasının oyunu təxirə salına bilər

Dmitri Nazarovun komandasının oyunu təxirə salına bilər Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın Erzgebirge Aue klubunun II Bundesliqanın XXVI turunda Zandhauzenlə keçirməli olduğu ev oyunu ləğv oluna bilər.
Futbol
12 Mart , 2020 19:03
Dmitri Nazarovun komandasının oyunu təxirə salına bilər

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Erzgebirge Aue" klubunun II Bundesliqanın XXVI turunda "Zandhauzen"lə keçirməli olduğu ev oyunu ləğv oluna bilər.

"Report" xəbər verir ki, bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Buna komandanın ötən tur Drezden "Dinamo"su ilə səfər matçında (1:2) koronavirusa yoluxmuş 2 nəfərin stadiona daxil olması səbəb göstərilir. Videogörüntülərdən həmin şəxslərin tribunada olan digər azarkeşlərlə ünsiyyət qurduğu, daha sonra isə onlardan birinin "Erzgebirge" tərəfdarları üçün ayrılmış fan-zonaya getdiyi məlum olub. Bunu nəzərə alan yerli Səhiyyə Departamenti matçın ləğv olunmasını tövsiyə edib. 

Artıq məsələylə bağlı Almaniya Futbol Federasiyasının məlumatlandırıldığı bildirilib. Rəsmi qərarın yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, "Erzgebirge Aue" - "Zandhauzen" matçı martın 14-də keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi