Azərbaycan millisinin futbolçusu Manuel Noyerə vurduğu penalti qolunu xatırlayıb

Azərbaycan millisinin futbolçusu Manuel Noyerə vurduğu penalti qolunu xatırlayıb Penaltini yerinə yetirəndə qapıçının nə etdiyinə diqqət yetirirəm. Amma hər zaman öz fikrim var, bundan da imtina etmirəm. Zərbədən əvvəl tez bir zamanda fikrinizi dəyişdirmək qərarına gəlsəniz, təhlükə baş verə bilər. Hədəf istiqamətini zərbə anında seçməlisiniz.
Futbol
103
27 Noyabr , 2019 12:34
Azərbaycan millisinin futbolçusu Manuel Noyerə vurduğu penalti qolunu xatırlayıb

"Penaltini yerinə yetirəndə qapıçının nə etdiyinə diqqət yetirirəm. Amma hər zaman öz fikrim var, bundan da imtina etmirəm. Zərbədən əvvəl tez bir zamanda fikrinizi dəyişdirmək qərarına gəlsəniz, təhlükə baş verə bilər. Hədəf istiqamətini zərbə anında seçməlisiniz".

"Report"un məlumatına görə, bunu Almaniyanın “Ertsgebirge” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Tag24" nəşrinə açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi cari mövsümdə 3 penalti zərbəsini yerinə yetirib. Sonuncu belə cərimə zərbəsi ötən tur "Sankt-Pauli" ilə görüşə təsir edib. 2016-cı ildən klublarda yerinə yetirdiyi 13 penaltidən 12-si dəqiq alınıb. 

Nazarov 2016-cı ildə "Karlsrue"nin heyətindəki yoldaşlıq matçında "Bavariya"nın qapıçısı Manuel Noyerə vurduğu qol barədə də danışıb: "İkinci hissəsin sonlarında penalti qazananadək hesab 1:1 idi. Baş məşqçimiz Karkus Kauçinski mənə dedi ki, Noyer kimi qapıçı ilə görüşürsənsə, penalti vurmağa davam etməlisən. Bu mənim "Karlsrue"də ilk penalti zərbəm idi. Qolu vurandan sonra özümə dedim ki, Noyeri məğlub etdinsə, bundan daha yaxşı qapıçı yoxdur".

"Bohum"un qapıçısı Manuel Riman bu mövsüm Almaniya II Bundesliqasında 4 penalti zərbəsindən 3-nü dəf edib. Nazarov bunun özü üçün heç bir problem olmadığını deyib. O, növbəti turda qarşılaşacaqları "Bohum"la görüşdə penalti fürsəti əllərinə düşsə, yenidən dəqiq yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Bohum" - “Ertsgebirge” matçı Bakı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi