Navas "Real" ilə müqaviləsinin müddətini uzadıb

Navas "Real" ilə müqaviləsinin müddətini uzadıb Bakı. 3 yanvar. REPORT.AZ/ Madrid Realının qapıçısı Keylor Navas 2021-ci ilin iyununa qədər klubla müqaviləsini uzadıb.
Futbol
1286
3 Yanvar , 2019 22:55
Navas Real ilə müqaviləsinin müddətini uzadıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Madrid "Real"ının qapıçısı Keylor Navas 2021-ci ilin iyununa qədər klubla müqaviləsini uzadıb.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, yeni müqaviləyə görə 32 yaşlı qapıçı ilinə 5 milyon avro alacaq.

Tibo Kurtuanın ötən ilin yayında "Çelsi"dən (London) "Real"a keçidindən sonra Navas komandanın əsas heyətindəki yerini itirib. Santyaqo Solarinin "qaymaqlar"ın baş məşqçi postuna gəlişindən sonra Keylorun oyun dəqiqələri daha da azalıb.

Navas cari mövsümdə Çempionlar Liqasının üç matçında, həmçinin İspaniya Primerosu və Kubokunda isə iki oyun keçirib.

Son xəbərlər

Orphus sistemi