Nasser Əl-Xəlafi və Jerom Valkenin məhkəməsinin vaxtı bilindi

Nasser Əl-Xəlafi və Jerom Valkenin məhkəməsinin vaxtı bilindi İsveçrə məhkəməsi Fransanın PSJ klubunun və beIN Media Group şirkətinin sahibi Nasser Əl-Xəlafiyə və FIFA-nın keçmiş baş katibi Jerom Valkeyə qarşı iddiaya baxılacaq tarixi açıqlayıb.
Futbol
28 Aprel , 2020 20:28
Nasser Əl-Xəlafi və Jerom Valkenin məhkəməsinin vaxtı bilindi

İsveçrə məhkəməsi Fransanın PSJ klubunun və "beIN Media Group" şirkətinin sahibi Nasser Əl-Xəlafiyə və FIFA-nın keçmiş baş katibi Jerom Valkeyə qarşı iddiaya baxılacaq tarixi açıqlayıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, məhkəmə iclası sentyabrın 14-də keçiriləcək.

Qətərli iş adamı və fransalı futbol funksioneri ilə yanaşı, məhkəmə qarşısına adı açıqlanmayan daha bir nəfərin çıxarılacağı bildirilib.

Qeyd edək ki, N.Əl-Xəlafi və J.Valke rüşvət almaqda ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi