"Napoli" "Yuventus"a uduzsa, baş məşqçi qovulacaq

"Napoli" "Yuventus"a uduzsa, baş məşqçi qovulacaq İtaliyanın "Napoli" klubu baş məşqçi Cennaro Qattuzo ilə vidalaşa bilər
Futbol
11 Fevral , 2021 17:39
Napoli Yuventusa uduzsa, baş məşqçi qovulacaq
Cennaro Qattuzo

İtaliyanın "Napoli" klubu baş məşqçi Cennaro Qattuzo ilə vidalaşa bilər.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Neapol təmsilçisi XXII turda "Yuventus"a uduzsa, 43 yaşlı mütəxəssis qovulacaq.

Əks halda, klub prezidenti Aurelio De Laurentis Qattuzoya şans verəcək. İtaliya təmsilçisi hazırda Luçano Spalletti və Rafael Benitesin namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, "Napoli" - "Yuventus" matçı fevralın 13-də gerçəkləşəcək. Cennaro Qattuzo 2019-cu ildən komandanın baş məşqçisidir. "Napoli" hazırda A Seriyasında 39 xalla 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi