"Napoli"nin prezidenti Aleksander Çeferini sərt tənqid edib

"Napoli"nin prezidenti Aleksander Çeferini sərt tənqid edib İtaliyanın “Napoli” klubunun rəhbəri Aurelio De Laurentis UEFA prezidenti Aleksander Çeferini tənqid edib.
Futbol
484
11 Dekabr , 2021 16:37
Napolinin prezidenti Aleksander Çeferini sərt tənqid edib

İtaliyanın “Napoli” klubunun rəhbəri Aurelio De Laurentis UEFA prezidenti Aleksander Çeferini tənqid edib.

"Report"un məlumatına görə, 72 yaşlı funksioner bu barədə "Sky Sport Italia"ya açıqlama verib.

De Laurentis Avropa futbol qurumunu da tənqid hədəfinə tutub: "Avropa Liqasındakı çıxışımız çox səy tələb edir. Lakin bunun üçün layiqli kompensasiya yoxdur. Yalnız struktur, yəni UEFA zənginləşir".

Klub rəhbərinin fikrincə, Avropa Klublar Assosiasiyası (ECA) qətərlilərin girovuna çevrilib: "UEFA prezidenti PSJ-nin sahiblərinin əlindədir. O, Qətərin gücünə və parıltısına heyrandır".

Son xəbərlər

Orphus sistemi