"Napoli"nin futbolçusuna qarşı irqçiliklə bağlı araşdırmalara başlanılıb

"Napoli"nin futbolçusuna qarşı irqçiliklə bağlı araşdırmalara başlanılıb İtaliya Futbol Federasiyası "Napoli"nin futbolçusu Kalidu Kulibaliya qarşı irqçi təhqirlərə görə intizam işi açıb
Futbol
4 Oktyabr , 2021 13:25
Napolinin futbolçusuna qarşı irqçiliklə bağlı araşdırmalara başlanılıb
Kalidu Kulibali

İtaliya Futbol Federasiyası "Napoli"nin futbolçusu Kalidu Kulibaliyə qarşı irqçi təhqirlərə görə intizam işi açıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, tezliklə bununla bağlı araşadırmalar aparılacaq.

Seneqallı müdafiəçi Neapol təmsilçisinin səfərdə "Fiorentina"nı 2:1 hesabı ilə məğlub etdiyi A Seriyasının VII tur matçından sonra irqçiliyə məruz qalıb. "Fiorentina" fanatları 30 yaşlı oyunçu ilə yanaşı, onun komanda yoldaşları Andre Zambo-Angissa və Viktor Osimheni də təhqir ediblər. Kulibali azarkeşlərlə münaqişəyə girməyə çalışsa da, "Napoli" rəsmiləri onun tribunalara yaxınlaşmasının qarşısını ala biliblər.

Futbolçu şəxsi tvitter səhifəsində onu söyən fanatların tapılmasını və stadiona girişlərinə qadağa qoyulmasını tələb edib.

Son xəbərlər

Orphus sistemi