"Napoli"nin futbolçusu oyun vaxtı huşunu itirdi

"Napoli"nin futbolçusu oyun vaxtı huşunu itirdi İtaliyanın "Napoli" klubunun futbolçusu Viktor Osimhen A Seriyasının XXIII turunda "Atalanta" ilə səfər matçında ciddi xəsarət alıb
Futbol
22 Fevral , 2021 09:16
Napolinin futbolçusu oyun vaxtı huşunu itirdi

"Napoli" klubunun futbolçusu Viktor Osimhen İtaliya A Seriyasında XXIII turun "Atalanta" ilə səfər matçında ciddi xəsarət alıb.

"Report"un məlumatına görə, 23 yaşlı hücumçu qarşılaşmanın sonuncu dəqiqəsində arxası üstə yerə yıxılıb.

Nigeriyalı forvardın başı yerə dəyib və o, huşunu itirib. Meydanı xərəkdə tərk edən futbolçu dərhal xəstəxanaya yerləşdirilib.

"Napoli" klubu Osimhenin ağır zədədən qurtulduğunu və hazırda xəstəxanada həkimlərin nəzarəti altında olduğunu bildirib.

Qeyd edək ki, qarşılaşma "Atalanta"nın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi