"Napoli" "Latsio"ya qalib gəlib

"Napoli" "Latsio"ya qalib gəlib İtaliya A Seriyasının 38-ci turun matçında "Napoli" "Latsio"nu qəbul edib.
Futbol
509
2 Avqust , 2020 01:26
Napoli Latsioya qalib gəlib

İtaliya A Seriyasının 38-ci turunun matçında "Napoli" "Latsio"nu qəbul edib.

“Report” xəbər verir ki, görüş Nepalda "San-Paolo" stadionunda keçirilib və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 9-cu dəqiqədə açılıb. “Napoli”nin yarımmüdafiəçisi Fabian Ruis ilk qolun müəllifi olub. Fasiləyə qədər "Latsio"nun hücumçusu Çiro İmmobile hesabı bərabərləşdirib. Meydan sahiblərini ikinci hissənin əvvəlində hücumçu Lorenso İnsine hesabda irəli çıxarıb. O, penaltini səhvsiz yerinə yetirib.

Matça əlavə edilmiş vaxtda Neapol komandasının üstünlüyünü hücumçu Matteo Politano artırıb - 3:1.

Son xəbərlər

Orphus sistemi