"Napoli" klubu ispaniyalı futbolçu transfer edib

"Napoli" klubu ispaniyalı futbolçu transfer edib Bakı. 5 iyul. REPORT.AZ/ İtaliyanın Napoli klubu İspaniya Betisinin futbolçusu Fabian Ruisi heyətinə qatıb.
Futbol
5 İyul , 2018 16:34
Napoli klubu ispaniyalı futbolçu transfer edib
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ İtaliyanın "Napoli" klubu İspaniya "Betis"inin futbolçusu Fabian Ruisi heyətinə qatıb. 

"Report" klubun "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Neapol təmsilçisi 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb. İspaniyalı futbolçu yeni klubunda illik 1,8 milyon avro qazanacaq. "Napoli" bu transfer üçün İspaniya təmsilçisinə 30 milyon avro ödəyib. 

Qeyd edək ki, Fabian Ruis 2014-cü ildən "Betis"də çıxış edir. O, komandanın heyətində 35 oyuna 3 qol vurub. 

Son xəbərlər

Orphus sistemi