"Napoli" baş məşqçisi ilə vidalaşdı

"Napoli" baş məşqçisi ilə vidalaşdı Bu barədə klub prezidenti Aurelio De Laurentis özünün tvitter səhifəsində yazıb
Futbol
24 May , 2021 10:55
Napoli baş məşqçisi ilə vidalaşdı
Cennaro Qattuzo

İtaliyanın "Napoli" komandası baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırıb.

"Report"un məlumatına görə, bu barədə klub prezidenti Aurelio De Laurentis özünün tvitter səhifəsində yazıb.

Funksioner xidmətlərinə görə 43 yaşlı mütəxəssisə təşəkkürünü bildirib: "Hörmətli Reno, demək olar ki, iki mövsümü sizinlə keçirdiyim üçün xoşbəxtəm. Xidmətlərinizə görə sizə təşəkkür edirəm və hara getməyinizdən asılı olmayaraq, uğurlar arzulayıram. Həyat yoldaşınızı və uşaqlarınızı qucaqlayıram".

Qeyd edək ki, 2019-cu ilin dekabrından "Napoli"yə başçılıq edən Qattuzo bu komanda ilə ölkə kubokunun sahibi olub. Neapol təmsilçisi 2020/2021 mövsümünü 5-ci pillədə başa vurduğu üçün Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi