"Nansi"nin qapıçısı həbs edilib

"Nansi"nin qapıçısı həbs edilib Fransanın Nansi futbol komandasının qapıçısı Baptiste Valette həbs edilib.
Futbol
17 Dekabr , 2019 00:54
Nansinin qapıçısı həbs edilib

Fransanın "Nansi" futbol komandasının qapıçısı Baptiste Valette həbs edilib.

"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, o, 18 yaşlı qızın zorlanmasında şübhəli bilinərək jandarmeriya tərəfindən həbs olunub.

Agentliyi məlumatlandıran mənbə bildirib ki, 2001-ci il təvəllüdlü qız istintaq orqanlarına gecə klublarından birində zorakılıqla üzləşməsi ilə bağlı müraciət edib. Hadisə dekabrın 14-dən 15-ə keçən gecə baş verib.

Futbolçu həmin gün polis bölməsinə aparılıb. Baptiste Valette sərxoş olduğundan dindirilmə başqa vaxta keçirilib. 

Son xəbərlər

Orphus sistemi