Namik Ələskərovun komandası vacib qələbə qazanıb

Namik Ələskərovun komandası vacib qələbə qazanıb Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"unda növbəti oyununu keçirib.
Futbol
8 May , 2022 19:03
Namik Ələskərovun komandası vacib qələbə qazanıb

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"unda növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi evdə "Ümraniyespor"a qarşı keçirilən I Liqanın 36-cı tur matçında iştirak edib. Görüşə ehtiyatda başlayan təcrübəli oyunçu 75-ci dəqiqədə Cenk Enver Şahinin yerinə meydana daxil olub.

Qarşılaşma Bursa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərindən qolları 24-cü dəqiqədə Luka Tsapan, 62-ci dəqiqədə Enver Şahin və əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Uğur Yıldız vurublar. Qonaqlardan isə Aydın Hasiç və İdrissa Kamara fərqləniblər.

Bu qələbədən sonra xallarını 41-a çatdıran "Bursaspor" turnir cədvəlində 16-cı pilləyə yüksələrək, təhlükəli zonanı tərk edib. 66 xalı olan "Ümraniyespor" 2-ci sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi