Namik Ələskərov Türkiyə çempionatının ən dəyərli futbolçuları arasına düşüb

Namik Ələskərov Türkiyə çempionatının ən dəyərli futbolçuları arasına düşüb Futbol üzrə türkiyə I liqasında 2021/2022 mövsümünün ən dəyərli futbolçularının siyahısı açıqlanıb.
Futbol
20 Avqust , 2021 19:27
Namik Ələskərov Türkiyə çempionatının ən dəyərli futbolçuları arasına düşüb
Namik Ələskərov
0 : 00
0 : 00

Futbol üzrə Türkiyə I liqasında 2021/2022 mövsümünün ən dəyərli futbolçularının siyahısı açıqlanıb.

"Report"un məlumatına görə, ən bahalı "20-lik"də bir müddət öncə "Neftçi"ni "Bursaspor"a dəyişən Namik Ələskərov da yer alıb.

750 000 avro məbləğində qiymətləndirilən 26 yaşlı yarımmüdafiəçi 17-ci pillədə qərarlaşıb. Siyahıya Bursa təmsilçisinin ümumilikdə 6 oyunçusu düşüb.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi