Namik Ələskərov: "Qələbəyə ehtiyacımız var idi"

Namik Ələskərov: "Qələbəyə ehtiyacımız var idi" "Matça çox yaxşı hazırlaşmışdıq. Qələbəyə ehtiyacımız var idi".
Futbol
6 Dekabr , 2021 09:20
Namik Ələskərov: Qələbəyə ehtiyacımız var idi

"Matça çox yaxşı hazırlaşmışdıq. Qələbəyə ehtiyacımız var idi".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin "Bursaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Namik Ələskərov səfərdə "Denizlispor"a 3:1 hesabı ilə qalib gəldikləri TFF I Liqasının XV tur oyunu barədə danışarkən deyib.

Komandasının ikinci qoluna imza atan 26 yaşlı yarımmüdafiəçi qalibiyyətin davamını gətirmək istədiklərini bildirib: "Əsas məsələ uğurun davamını gətirməkdir. Ümid edirəm ki, bu, uğurlu seriyanın başlanğıcı olacaq".

Qeyd edək ki, Namik Ələskərov mövsümün əvvəlində Bursa təmsilçisi ilə iki illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi