Namik Ələskərov "Bursaspor"da növbəti qolunu vurub

Namik Ələskərov "Bursaspor"da növbəti qolunu vurub Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"un növbəti qolunu vurub.
Futbol
15 aprel 2022 18:11
Namik Ələskərov Bursasporda növbəti qolunu vurub

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"unda növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi səfərdə "İstanbulspor"a qarşı keçirdikləri I Liqanın 32-ci tur matçında fərqlənib. O, 7-ci dəqiqədə Mert Yılmazın məhsuldar ötürməsindən sonra hesabı açıb.

Bu, Ələskərovun Bursa təmsilçisində 5-ci qolu olub.

Qeyd edək ki, hazırda matçda ilk yarı oynanılır və hesab bərabərdir - 1:1.

Son xəbərlər

Orphus sistemi