Nagelsmandan "Bavariya" açıqlaması

Nagelsmandan "Bavariya" açıqlaması "Bavariya" ilə danışıqlar aparılmayıb və indi də aparılmır"
Futbol
14 Aprel , 2021 17:42
Nagelsmandan Bavariya açıqlaması
Hans-Diter Flik və Yulian Nagelsman

Almaniyanın "Leyptsiq" futbol komandasının baş məşqçisi Yulian Nagelsman "Bavariya" ilə danışıqlara başladığına dair iddialara münasibət bildirib.

"Report"un məlumatına görə, 34 yaşlı mütəxəssis "Sport.sky.de" saytına açıqlamasında həmin xəbərləri təkzib edib.

Daha əvvəl Almaniya yığmasının keçmiş futbolçusu Lotar Matteus Nagelsmanın "Bavariya"da, Münhen təmsilçisinə rəhbərlik edən Hans-Diter Flikin isə millidə işləyəcəyini açıqlayıb.

Nagelsmanın sözlərinə görə, "Bavariya" ilə danışıqlar aparılmayıb və indi də aparılmır: "Lotar Matteusun məlumatı haradan aldığına dair fikrim yoxdur. Klubla danışmamışam. Çünki müzakirə ediləcək nə isə yoxdur. "Leyptsiq"lə müqaviləm 2023-cü ildə başa çatacaq".

Son xəbərlər

Orphus sistemi