"MY" yenə qələbə qazana bilməyib, Mourinyo meydandan qovulub - VİDEO

"MY" yenə qələbə qazana bilməyib, Mourinyo meydandan qovulub - VİDEO "Qırmızı şeytanlar" ardıcıl dörd oyundur qələbə üzünə həsrətdirlər
Futbol
30 Oktyabr , 2016 04:13
MY yenə qələbə qazana bilməyib, Mourinyo meydandan qovulub - VİDEO

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 10-cu turunda "Bernli" ilə 0:0-lıq heç-heçə edib.

"Report" xəbər verir ki, fasilə zamanı "Qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo meydandan qovulub.

Matçın 68-ci dəqiqəsində "manikunyanlar"ın yarımmüdafiəçisi Ander Errera qırmızı vərəqə alıb.

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında artıq ardarda dörd oyundur ki, qələbə qazana bilmir. Mourinyonun yetirmələri sonuncu dəfə sentyabrın 24-də evdə "Lester"i 4:1 hesabı ilə məğlub edib.

Klub hazırda 15 xal ilə turnir cədvəlinin 8-ci yerində qərarlaşıb, "Bernli" 11 xal ilə 13-cüdür.

Son xəbərlər

Orphus sistemi