Mustafa Cengiz Terimi "Qalatasaray"da görmək istəmir

Mustafa Cengiz Terimi "Qalatasaray"da görmək istəmir Cengiz seçkilərdə namizədliyini vermək istədiyini söyləyib
Futbol
203
21 May , 2021 17:46
Mustafa Cengiz Terimi Qalatasarayda görmək istəmir
Mustafa Cengiz

Türkiyənin "Qalatasaray" klubunun hazırkı prezidenti Mustafa Cengiz yenidən seçiləcəyi təqdirdə baş məşqçi Fatih Terimlə yola davam etməyəcəklərini açıqlayıb.

"Report"un məlumatına görə, 72 yaşlı funksioner bu barədə mətbuat konfransında bildirib.

Cengiz seçkilərdə namizədliyini vermək istədiyini söyləyib: "İndiki namizədlərin kluba kömək edəcək səviyyədə olmadığını görsəm, namizədliyimi irəli sürəcəyəm. Qalib olacağım təqdirdə Fatih Terim klubda qalmayacaq".

Qeyd edək ki, İstanbul təmsilçisində mayın 22-ə təyin olunan seçkilər təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi