Benito Mussolininin nəticəsi “Latsio”nun futbolçusu oldu

Benito Mussolininin nəticəsi “Latsio”nun futbolçusu oldu İtaliyanın keçmiş baş nazirinin, faşist partiyasının təsisçisinin Benito Mussolininin nəticəsi Romano Mussolini “Latsio” futbol klubunun gənclər komandasının oyunçu olub
Futbol
4 Fevral , 2021 04:44
Benito Mussolininin nəticəsi “Latsio”nun futbolçusu oldu

İtaliyanın keçmiş baş naziri, dünyada ilk faşist diktaturasının qurucusu Benito Mussolininin nəticəsi Romano Mussolini “Latsio”nin gənclərdən ibarət futbol yığmasının oyunçusu olub.

Bu barədə "Report" “Sky Sport Italia”ya istinadən xəbər verir.

Bildirilir ki, Romano “qartallar”ın keçmiş hücumçusu Tommazo Rokkinin başçılıq etdiyi “U-18” komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, Romano Mussolini məşhur siyasətçi Alessandra Mussolininin üçüncü övladıdır. O, 16 yaşına kimi digər paytaxt klubu olan “Roma”nın akademiyasında məşq edib.

Son xəbərlər

Orphus sistemi