Murat Yakın: Məğlub olmadığımız üçün şadam

Murat Yakın: Məğlub olmadığımız üçün şadam Məğlub olmadığımız üçün şadam.
Futbol
23 iyun 2024 22:35
Murat Yakın: Məğlub olmadığımız üçün şadam

Məğlub olmadığımız üçün şadam.

"Report" xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Almaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

Türkiyə əsilli mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşma barədə danışıb: "Məğlub olmadığımız üçün şadam. Almaniya kimi rəqibə qarşı layiqli mürbarizə apardıq. Qrupu birinci sırada başa vurmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, olmadı. Lakin 1/8 finala vəsiqə qazandıq və buna görə sevinirik. Növbəti oyuna hazırlaşacağıq, bir həftə vaxtımız var".

Qeyd edək ki, İsveçrə yığması 1/8 finalda B qrupunun ikincisi ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi