Murat Yakın: Biz qarşımızda fərqli Şotlandiya gözləyirdik

Murat Yakın: Biz qarşımızda fərqli Şotlandiya gözləyirdik Biz qarşımızda başqa cür Şotlandiya gözləyirdik.
Futbol
20 İyun , 2024 02:05
Murat Yakın: Biz qarşımızda fərqli Şotlandiya gözləyirdik

Biz qarşımızda fərqli Şotlandiya gözləyirdik.

"Report" xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Şotlandiya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra mətbuat konfransında deyib.

Türkiyə əsilli mütəxəssis oyunun çətin keçdiyini söyləyib: "Oyun asan olmadı, lakin biz qarşımızda fərqli Şotlandiya gözləyirdik. Düşünürdük ki, bizi daim təzyiq altında saxlayacaqlar. Qalib gəlmək üçün şanslarımız var idi. Lakin yararlana bilmədik".

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün A qrupunun matçında İsveçrə Şotlandiya yığması ilə heç-heçə edib - 1:1.

Son xəbərlər

Orphus sistemi